Rusiya qoşunları Ukraynanın beşaddımlığında - Lavrov isə inkar edir

"Rusiyanın Ukrayna sərhədini keçərək bu ölkənin ərazisində hər hansı hərbi əməliyyat aparmaq niyyəti yoxdur".

AzNews.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov "Rossia 1" televiziya kanalına bu gün verdiyi müsahibəsində deyib.

O bildirib ki, Rusiya Ukraynadakı daxili sabitliyin təmin olunmasına, cəmiyyətdə qarşıdurmanın qarşısının alınmasına və ən əsası qərbin baş verənlərlə bağlı düzgün mövqe nümayiş etdirməsinə nail olmaqdır.

S. Lavrov Rusiyanın Ukrayna sərhəddinə hərbi qüvvələrini cəmləşdirməsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini də söyləyib.

Xatırladaq ki, Ukrayna mediasının hərbi mənbələrə istinadən verdiyi məlumata görə, hazrıda Ukrayna sərhəddində Rusiya məxsus 10 min hərbçi, 720 zirehli texnika, 230 döyüş təyyarəsi və helekopteri cəmləşdirilib. Rusiyanın Kursk və Bryansk vilayətlərində isə hərbi kontingentin sayı artırılır. Hərbi birləşmələr sərhəddin 30-50 km-də dislokasiya olunublar.

AzNews.az