20:14
(077) 610-22-33

Ərdoğan: “Gəlin qaldığımız yerdən davam edək“ - VİDEO

  • >
1 276 29 Mart 2014 20:40 | Region

Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğan seçkilərə bir gün qalmış xalq qarşısında çıxış edib.

Səs tellərində yaranan problemdən dolayı Konya və Kayseri şəhərlərindəki seçkiqabağı mitinqlərə qatıla bilməyən Türkiyənin baş naziri bu gün İstanbulun müxtəlif bölgələrində əhali ilə görüşüb. Onun ilk dayanacağı İstanbulun Qartal meydanı olub. Meydanda mitinq keçirən baş nazir "Cümhuriyyət Xalq Partiyası"nın ünvanına sərt ifadələr işlədib.

Ərdoğan tərəfdarlarını sabah seçkilərdə "yalançı CHP-yə dərs verməyə" çağırıb. Eyni zamanda baş nazir Fətullah Gülənə də ismarıc göndərib.

Çıxışının sonunda tərəfdarlarına səslənən baş nazir "Söylədiklərim yalandırsa, bizə səs verməyin. Gedin CHP-yə səs verin. Doğrudursa, gəlin qaldığımız yerdən davam edək" - deyə çağırış edib.


AzNews.az
Bağla X