06:31
(077) 610-22-33

Ərdoğan üçün həlledici gün- Seçkilər başladı

  • >
1 800 30 Mart 2014 09:20 | Region

Bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) başlayan səsvermə saat 16:00-dək (18:00) aşağıdakı dairələrdə davam edəcək: Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilis.

Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçiriləcək.

Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermə üçün seçki məntəqələrinə gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini (pasport) və ya xarici pasport, nikah haqqında şəhadətnamə, hərbi bilet və ya sürücülük vəsiqəsini təqdim etməlidirlər.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Türkiyədə seçkilər günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağan olunub.

Bundan başqa, bütün əyləncə yerləri bağlanacaq. Təhlükəsizlik qüvvələri əməkdaşlarından başqa, heç kəs seçkilər günündə silah gəzdirə bilməz.

Martın 30-da yerli vaxtla saat 18:00-dək Türkiyə KİV-də seçkilərlə bağlı informasiya, xəbərlər və şərhlər yayımlanmayacaq.
Yerli vaxtla saat 18:00-dan 21:00-dək radio, TV və digər KİV-lər vasitəsilə seçkilərlə bağlı yalnız Türkiyə Ali Seçki Şurasının xəbər və bəyanatları yayımlanacaq.

Martın 30-da yerli vaxtla saat 21:00-dan sonra KİV-də seçkilərlə əlaqədar informasiyanın yayılmasına qarşı tətbiq edilən məhdudiyyət götürüləcək.

İlk növbədə, hamilə qadınlar, əlillər və yaşlı insanlar səsvermə hüququndan istifadə edəcəklər.

Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

AzNews.az
Bağla X