Yaralılar xəstəxanaya yerləşdirilib Yaralılar xəstəxanaya yerləşdirilib

Seçkilərdə qarşıdurma: yaralılar var

Yaralılar xəstəxanaya yerləşdirilib



Türkiyənin Şanlıurfa vilayətində muxtarlığa namizədlər arasında dava düşüb.

Qarşıdurma nəticəsində biri polis olmaqla 3 nəfər yaralanıb.

Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.

AzNews.az