Səs verdiyi məntəqədə intihar etdi

Trabzonda baş verən olay 52 yaşlı sakinin ölümü ilə nəticələnib.

"Axar.az" xəbər verir ki, Türkiyənin Trabzon şəhərində qanlı hadisə baş verib. Bu gün günorta saatlarında 52 yaşlı Sultan Kandemir səs vermək üçün seçki məntəqəsinə gəlib, amma intihar edib. Uzun müddət axtarışda olan Sultan səsvermə məntəqəsindəki polislər tərəfindən dövrəyə alınıb. Həbs ediləcəyini görən şəxs tapançasını başına dayayaraq özünə qəsd edib. Trabzon Polis İdarəsinin rəisi Murad Köksal hadisəni təsdiq edib. Səsvermədə ləngimənin olmaması üçün seçiciləri digər qapıdan məntəqəyə buraxıblar. Xatırladaq ki, özünə qəsd edən şəxs Türkiyə Cinayət Məcəlləsinin odlu silah saxlama və gəzdirmə maddəsi ilə təqsirli bilinirdi.

AzNews.az