23:13
(077) 610-22-33

Səslərin 14.6 faizi hesablandı - Ərdoğan irəlidədir

  • >
756 30 Mart 2014 21:22 | Region

Türkiyədə bələdiyyə seçkilərində səslər hesablanır.

AzNews.az - ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, səslərin artıq 14,6 fazi hesablanıb. 48,3 faiz səs ilə Ədalət və İnkişaf Partiyası irəlidədir, onun ardınca 29,1 faiz səslə Cümhuriyyət Xalq Partiyası qərarlaşıb. MHP 12,6 faiz səslə üçüncüdür.
İlkin nəticələrinə görə, İstanbulda AKP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada AKP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

AzNews.az
Bağla X