09:39
(077) 610-22-33

Ərdoğan: "Siz öz baş nazirinizə sahib çıxdınız"- VİDEO

  • >
1 346 31 Mart 2014 07:00 | Region

Ədalət və İnkişaf Partiyasının başçısı və Baş nazir Rəcəb Tayyib Ərdoğan zəfər çıxışını edir.

"Qafqazinfo" xəbər verir ki, Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanmaqda davam edir. Artıq səslərin 77,1%-i sayılıb və nəticələrə görə, AKP 44,7%-lə irəlidədir.

Bu nəticədən sonra Rəcəb Tayyib Ərdoğan çıxış edərək zəfərini qeyd edir:

"Əziz millətim, dəyərli qardaşlarım hamınızı sevgiylə, hörmətlə salamlayıram. 81 vilayəti, 77 milyon Türkiyə Respublikası vətəndaşını salamlayıram. Ya Rəbbim nə böyüksən.

Dünyanın hər yerində zəfərimiz üçün əllərini, könüllərini, dodaqlarını duaya açan dost və qardaşlarıma təşəkkür edirəm. Suriyada bombaların güllələrin altında qıtlıqla baş-başa savaşan amma Türkiyədə AKP-nin zəfəri üçün dua edən qardaşlarıma təşəkkür edirəm. Əlbəttə ən böyük təşəkkür bu əziz millətə düşür. Qardaşlarım siz yeni Türkiyənin istiqlal mübarizəsinə sahib çıxdınız sizlərə təşəkkür edirəm. Siz öz iradənizə, öz gələcəyinizə Baş nazirinizə sahib çıxdınız. Sizlərə minnətdarlığımı bildirirəm. Artıq köhnə Türkiyə yoxdur yeni türkiyə var. Qırx çürük yumurta bir sağlam yumurta ola bilməz".

Ərdoğan daha sonra bildib ki, o, Hizmət Hərəkatının üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?"

Ərdoğan "nurçular"ı "Haşhaşilər"ə bənzədib: "Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə Haşhaşilərə rəhmət oxutdurdular".

Baş nazir qeyd edib ki, bugünkü seçkinin nəticələri "millətin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi": " Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kasset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı şilləsi yedilər".

Ərdoğan Fətullah Güləni dəstəkləyən medianı və iş adamlarını nəzərdə tutaraq deyib: "Nə oldu? Millət seçki qutusunda münasibətini göstərdi, biz burdayıq. Siz indi hardasınız?"

AzNews.az
Bağla X