Dövlət Bağçalıdan ilk açıqlama: “AKP şantaja əl atıb“- VİDEO

30 mart bələdiyyə seçkilərinin nəticələri məlum olduqdan sonra Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı seçkini dəyərləndirib.

Musavat.com xəbər verir ki, MHP sədri AKP-ni dövlətin hər cür imkanının öz qələbəsi üçün işlətdiyini bildirib. Baxçalı deyib ki, 30 mart seçkilərinin lap əvvəlində hakim partiya təzyiqlərə, şantaja əl atıb: "AKP zehniyyəti ictimai və siyasi quruluşu gərmiş və millət iradəsini təhrif etmişdir. Bu seçkilərə tarixin ən böyük rüşvət və sui-istifadə əməliyyatı damğa vurmuşdur.

Türk milləti rüşvət alveri edən failləri dəqiq olaraq görmüşdür. Baş nazir və partiyası hansı nəticə alırsa-alsın, bəraət qazanmamışdır. Heç bir şeyin köhnəsi kimi olmayacaq. Seçkinin nəticələri məhkəmələrin yerinə keçə bilməyəcək.

Baş nazirin balkon danışması Türkiyənin bundan sonrakı günləri haqqında göstərişlər vermişdir. Görünür, baş nazir cəbhələşməni qızışdıracaq. Siyasi nəticələr nəyi göstərirsə-göstərsin, iqtidarda sui-istifadəyə batmış qapqara vicdanlı bir zümrə var.

Baş nazirin balkon çıxışında yanına aldığı adam ya da kəslər istintaqdan yaxalarını qurtarmış deyil. MHP türk millətinin seçki seçiminə hörmətlə yanaşır. MHP əhəmiyyətli sayıla biləcək bir müvəffəqiyyətə imza atmışdır. Bu bizim baxış bucağımızdan bir inkişaf və ümidverici bir mənzərədir. Önümüzdəki dövrdə siyasətə daha çox hörmət və uzlaşma hakim olmalıdır".

Daha sonra Dövlət Baxçalı jurnalistlərin suallarına cavab olaraq deyib ki, bu seçkidə MHP-nin itirdiyi qədər də qazandığı var.

AzNews.az