76 vilayətdə bələdiyyə sədrləri müəyyənləşdi- Türkiyədə

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib.

Türkiyənin Anadolu agentliyi xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 76 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub. 48 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 11 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.

Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.

AzNews.az