Medvedev Krımda - Ukrayna etiraz etdi


Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Krıma səfər edib.
AzNews.az-ın UNİAN İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, D. Medvedyev bəyan edib ki, səfər çərçivəsində yarmadanın sosisal-iqtisadi vəziyyəti ilə maraqlanacaq, aidiyyatı dövlət qurumlarının rəhbərləri ilə görüşəcək, bölgənin inkişaf strategiyasının müəyyənləşdirilməsi yolları axtarılacaq.

Baş nazir deyib ki, problemlərlə yerində maraqlanmaq bunların həlli üçün çox əhəmiyyətlidir.

Məlumat üçün bildirək ki, D. Medvedevin gözlənilməz səfəri Ukrayna hakimiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb.

AzNews.az