05:39
(077) 610-22-33

AKP-nin seçki bürosuna hücum edildi

  • >
700 31 Mart 2014 12:25 | Region

Türkiyənin Muş şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki bürosuna hücum edilib.

"TRT Haber" telekanalı xəbər verir ki, Muş şəhərində bələdiyyə seçkilərində AKP namizədi Fəyat Asyanın qalib gəlməsindən sonra Sülh və Demokratiya Partiyasının (BDP) bir qrup tərəfdarı AKP-nin seçki bürosuna daşla hücum edib.

İki tərəfi üz-üzə qoymaq istəməyən polis AKP-nin seçki bürosunu boşaldıb. Buna baxmayaraq, BDP tərəfdarları hakim partiyanın seçki bürosunu daş atəşinə tutub. Seçki nəticələrinə etiraz edən qrup bəzi mağazaların şüşələrini, bankomatları sındırıb, bələdiyyənin xidmət binasına zərər vurub. Etirazçılar su şırnağı vasitəsilə dağıdılıb.

AzNews.az
Bağla X