33 yaşlı cazibədar baş prokuror oyun qəhrəmanına çevrilir – VİDEO

Krımın 33 yaşlı Baş prokuroru Nataliya Poklonskaya məşhur İKT oyunlarından birinin qəhrəmanına çevrilir. AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumatına görə, bu cazibədar xanım prokuror GTA internet oyunlarından birinin qəhramanı olacaq. Bundan əvvəl isə tanınmış müğənnilər Ruslana və Seryoqa "Mortal Kombat", həmçinin "Tomb Raider" oyunlarının qəhrəmanları olublar.

Xatırladaq ki, martın 11-də Krımın Baş prokuroru təyin edilən 33 yaşlı Nataliya Poklonskayanın ilk mətbuat konfransının təkcə "Yotube"də yayılan videosu 2 milyona yaxın izləyici tərəfindən baxılıb. Buna səbəb onun ciddi görkəmi, lakin cazibəli xarici görünüşü olub. Poklonskayanın "Facebook"dakı fan-səhifəsində izləyicilərinin sayı isə qısa zamanda 88 minə çatıb. Odessalı bəstəkar və müğənni Saşa Blaqov isə cazibəli prokurora həsr olunan "Ax, kakaya nyaşa, prokuror Nataşa" adlı mahnı da bəstələyib. Xatırladaq ki, Krımın Rusiyanın əlinə keçməsindən sonra 33 yaşlı Nataliya Poklonskaya muxtar respublikanın prokuroru təyin edilib. Rəsmi Kiyev isə N. Poklonskayanı ölkə Konstitusiyasını pozmaqda və hakimiyyətin zorla ələ keçirilməsinə dəstək verməkdə günahlandıraraq, Ukrayna Cinayət Məcəlləsinin 109.1-ci maddəsi ilə ittiham irəli sürüb. Gənc prokuror Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə axtarışa da verilib.

Mövzu ilə bağlı VİDEONU buradan izləyə bilərsiniz.

AzNews.az