Putin Krım üzrə nazirlik yaratdı - Qərar

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Krımın İşləri üzrə Nazirliyin yaradılması ilə bağlı əmr verib.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə,
Bundan başqa V. Putin yeni dövlət qurumunun rəhbərinin təyinatı ilə bağlı da sərəncam imzalayıb. Bu posta Oleq Savelyev təyin olunub.

Qeyd edək ki, Oleq Savelyev 1965-ci ildə Leninqradda anadan olub. İxtisasça mühəndis olan yeni nazir siyasi fəaliyyətini V. Putinin seçki qərargahından başlayıb. Bir müddət Rusiyanın iqtisadi inkişaf nazirinin müavini vəzifəsini də daşıyıb.

AzNews.az