Ermənistanda 50 İran vətəndaşı girov saxlanıldı

Novruz tətilini keçirmək üçün Ermənistanı seçən bir qrup İran vətəndaşı çətin vəziyyətə düşüb.

APA-nın verdiyi məlumata görə, İran vətəndaşları tətil başa çatdıqdan sonra qaldıqları hoteli tərk etmək istəsələr də, obyektin rəhbərliyi buna icazə verməyib. Buna səbəb turizm agentliyinin lazımi vəsaiti hotelə ödəməməsi olub.

Nəticədə İranın Məşhəd şəhərindən Ermənistana səfər etmiş 50 nəfər hoteldə girov saxlanılıb. İran vətəndaşları yalnız agentliyin hotelin bütün xərclərini ödəməsindən sonra ölkələrinə geri dönə biliblər.

AzNews.az