Bələdiyyəyə namizəd qətlə yetirildi - Türkiyədə

Türkiyənin Siirt vilayətində bələdiyyə seçkilərinə namizəd öldürülüb.

ANS PRESS-in məlumatına görə, Səadət partiyasından olan namizəd 56 yaşlı Bəhmən Aydın bu gün günorta saatlarında yoldan keçən avtomobildən naməlum silahlıların açdığı atəş nəticəsində evinin qarşısında qətlə yetirilib.

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, hadisə nəticəsində Bəhmən Aydından başqa 5 nəfər də yaralanıb. Yaralılar Siirt Dövlət xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri ərazidə əməliyyat axtarış tədbirlərinə başlayıb. Cinayətkarların kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

AzNews.az