Rusiya Ukrayna ilə imzaladığı “Xarkov sazişi”nə xitam verdi


Rusiya Federasiya Şurası Ukrayna-Rusya arasında imzalanan "Xarkov sazişi"nə yenidən baxıb.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Federasiya Şurası "Xarkov sazişi"nin fəaliyyətinə birtərəfli qaydada xitam verilməsinə dair qərar verib.

Qərara əsasən, Rusiya Hərb Dəniz Qüvvələrinin Qara dənizin Ukrayna ərazisindəki bazalarında fəaliyyəti dayandırılır.

Sənəd təsdiq olunması üçün Rusiya prezidentinə göndərilib.

Xatırladaq ki, 2010-cu il aprelin 21-də Ukraynanın Xarkov şəhərində adıçəkilən ölkənin keçmiş prezidenti Viktor Yanukoviçlə Rusiyanın sabiq dövlət başçısı Dimitriy Medvediyev arasında saziş imzalanıb. Sazişə əsasən Rusiya Hərbi Dəniz Qüvvələri Ukraynanın Qara dənizdə yerləşən bazalarında 25 il müddətinə fəaliyyət göstərməli idi. Bunun qarşılığında isə Rusiya Ukraynaya verilən təbii qazın satışında güzəşt etmişdi.

Əhməd
AzNews.az