Rusiya Bəşər Əsədlə bağlı Türkiyəyə xəbərdarlıq edibmiş

"Biz 3 il əvvəl Suriya ilə bağlı Türkiyəyə xəbərdarlıq etdik, ancaq onlar bizi dinləmədilər. Türkiyə Bəşər Əsədlə barışmalıdır".

"Axar.az" xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi xadimi, sabiq millət vəkili Sergey Markov deyib.

Suriyanın Kasab bölgəsinə silahlı hücumun olması ilə bağlı danışan Markov bölgədə ermənilərin qətlə yetirilməsinin türklərlə əlaqədar olmadığını bildirib: "Türkiyə erməni xalqıyla barışmağın yollarını axtarır, ancaq Ermənistandakı ermənilərdən daha öncə, ABŞ, Avropa və Rusiyada yaşayan ermənilərlə barışmaq niyyətindədir".

Kasabdakı qətliamla bağlı Markov türk-erməni problemini istəməyən suriyalı müxaliflərin erməniləri qırdığını bildirib.

Türkiyə rəhbərliyinin bölgədəki silahlı qruplara nəzarət edə bilmədiyini iddia edən Markov, "Türk dostlarıma 3 il əvvəl dedim, Suriyaya həddən artıq müdaxilə edirsiniz və sonra vəziyyətə nəzarət edə bilməyəcəksiniz. Onlar isə özlərindən əmin şəkildə dost tövsiyələrimi rədd etdilər və Suriyada rejimi devirməyə çalışdılar. Bu gün isə Bəşər Əsədlə barışmaq lazımdır".

AzNews.az