Abbas Abbasov Baş Prokurorluğa müraciət etdi

"Azerros" Ağsaqqalllar Şurasının sədri Abbas Abbasov Liberal-demokratlar partiyasının lideri Jirinovskinin martın 11-də Dövlət Dumasında etdiyi çıxışı ilə əlaqədar Rusiya Baş Prokurorluğuna müraciət edib.


"Qafqazinfo" qurumun rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, deputat çıxışı zamanı növbəti dəfə azərbaycanlılar haqqında təhqiredici ifadələr işlədib.

Bundan başqa müraciətdə qeyd olunur ki, Jirinovski çıxışının məntiqi gedişinə uyğun olmayan şəkildə azərbaycanılar haqqında danışmağa başlayıb ki, bu da onun səsləndirdiyi ifadələrin şüurlu və təxribat xarakteri daşıdığını göstərir.

Abbas Abbasov Rusiya Baş Prokuroruna müraciət edərək göstərilənlərin əsas götürülərək Jirinovskinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

AzNews.az