15:15
(077) 610-22-33

Müxalifət səslərin düzgün hesablanmadığını iddia edir

  • >
443 1 Aprel 2014 20:22 | Region

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan namizədi və 40% səs aldığı açıqlanan Mustafa Sarıgül səslərin yenidən sayılmasını tələb edib. Bu gün mətbuat konfransı keçirən Mustafa Sarıgül seçki qutuları açıldıqdan bəri səslərin hesablanması prosesini yaxından izlədiklərini söyləyib:

"Səslərimizin oğurlanması ehtimalı ilə əlaqədar İstanbulun hər rayonundakı və hər qutudakı hesablamaları diqqətlə araşdırırıq. İstanbuldakı nəticələri bütün seçicilərin qəbul edə bilməsi üçün səsləri yenidən saymaq lazımdır".

Mustafa Sarıgül bildirib ki, nəticə nə olursa-olsun, 30 mart seçkiləri Türkiyənin demokratiya tarixinə ən ləkəli seçki kimi düşüb. Səslər sayılarkən bir çox məntəqədə işıqları kəsildiyini deyən Sarıgül, iqtidarın qadağalar şəraitində keçirdiyi seçkini demokratiya kimi təqdim etmək istəyini bildirib.

CHP İstanbul təşkilatının rəhbəri Oğuz Kaan Salıcı isə bir çox məntəqədə real nəticələrlə elektron sistemə ötürülən məlumatlar arasında fərqlər aşkarladıqlarını açıqlayıb. CHP paytaxt Ankarada da səslərin yenidən sayılmasını tələb edib. Səslərin, hələ ki, 99,38 faizi sayılıb. Ümumi sayılan səslərin ilkin nəticələrinə görə isə, AKP partiyasından Rəcəb Tayyib Ərdöğan hələki liderdir.(ANS)
Bağla X