Ukrayna Rusiya ilə məhkəmədə savaşacaq – Açıqlama

Ukrayna Krımı Rusiyadan beynəlxalq məhkəmə yolu ilə almaq istəyir.
AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər naziri Andrey Deşiça deyib.

O bildirib ki, məhkəməyə təqdim ediləcək zəruri sənədlərin toplanılması üçün Ukraynaya vaxt lazım olunacaq: "Hazırda Ukrayna ekspertləri bu istiqamətdə işləyirlər. Ukrayna Krımı öz ərazisi hesab edir. Biz bununla bağlı yalnız Haqqa Məhkəməsinə deyil, BMT-nin Beynəlxalq Məhkəməsinə də müraciət edəcəyik. Məhkəmə yolu ilə Krımı Rusiyanın işğalından azad etməyə çalışacağıq".

Qeyd edək ki, martın 16-da Krımın separatçı rəhbərliyi tərəfindən keçirilən referendumun yekunlarına görə, yarmada Rusiyanın tərkibinə keçib. Ukrayna isə bunu işğal faktı kimi dəyərləndirir.

AzNews.az