Əraziyə helikopterlər və 200-dən artıq xüsusi təyinatlı cəlb edilib Əraziyə helikopterlər və 200-dən artıq xüsusi təyinatlı cəlb edilib

Gürcüstan-Rusiya sərhədində xüsusi təyinatlı əməliyat

Əraziyə helikopterlər və 200-dən artıq xüsusi təyinatlı cəlb edilib



Gürcüstan silahlı qüvvələrinin xüsusi təyinatlıları Rusiya ilə sərhədin yaxınlığında əməliyyat keçirirlər. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, əməliyyatın keçirilməsinə səbəb Dağıstanla sərhədin yaxınlığında yerləşən Lapankuri kəndində silahlı qruplaşmanın aşkarlanmasıdır.

Verilən məlumata görə, artıq əraziyə DİN əməkdaşları ilə yanaşı xüsusi təyinatlılar da cəlb edilib, yollar bağlanılıb, yerli əhali isə təşviş içərisində ərazini tərk etməyə çalışır. Yaranmış vəziyyətlə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi hələ ki, kütləvi informasiya vasitələrinə məlumat vermir və bildirir ki, müvafiq açıqlama günün sonuna kimi veriləcək.

Ərazidə olan mətbuat xidməti nümayəndələri isə bildirirlər ki, Lapankuri kəndində helikopterlər dövrə vurur, 200-dən artıq hərbiçi döyüş hazırlığı vəziyyətindədir.

Sadiq
AzNews.az
image description