Ukraynaya daha bir zərbə

Rusiya Ukraynaya nəql edilən təbii qazın hər 1000 kub metrinin qiymətini bu aydan 100 dollar qaldıraraq 485 dollaradək yüksəldib.

Bu barədə Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri sədri Aleksey Miller açıqlama verib. O, bildirib ki, Rusiya bu aydan Ukraynaya nəql edilən qazın qiyməti ilə bağlı bütün güzəştləri ləğv edib.

Rusiyanın baş naziri Dmitri Medvedev də məsələ ilə bağlı açıqlama verib.

"Rusiya və Ukrayna arasında 2009-cu ildə imzalanmış müqaviləyə əsasən Ukraynaya satılan qazın qiyməti artır və aprel ayından etibarən rəsmi Kiyev hər 1000 kub metrə görə 485 dollar ödəyəcək", deyə Dmitri Medvedev bildirib.

Xatırladaq ki, aprelin 1-də Aleksey Miller II rübdən etibarən Ukraynaya 1000 kubmetr qazın qiyməti 268,5 dollardan 385,5 dollaradək yüksəldiyi barədə açıqlama vermişdi. A.Miller bildirmişdi ki, buna səbəb Ukrayna tərəfinin ödənişləri gecikdirməsidir.(ANS)