“Ərdoğan” ətri satışa çıxarıldı- FOTO+ VİDEO

Qəzza əhalisi Ərdoğana sevgilərini müxtəlif üsullarla nümayiş etdirməyə davam edirlər.

Anspress-in xəbərinə görə, Türkiyə bələdiyyə seçkilərində AKP-nin uğurundan sonra qəzzalılar yeni çıxarılan ətirə Ərdoğanın adını veriblər.

Baş nazir Ərdoğana duyduqları sevgi səbəbiylə istehsal olunan ətir qəzzalılar tərəfindən böyük maraq doğurub. Qəzzanın cənubundakı rifah şəhərində yaşayan ətriyyat sahibi dükanında "ərdoğan ətri var" yazılı plakat asdırıb. O, bu üsulla müştərilərin diqqətini çəkməyə çalışır.

"Qəzza küçələrində AKP-nin qələbəsinə sevinən insanlar var. Onlar Ərdoğanın şəxsiyyətindən danışırlar. Onun adı verlən ətir də sevənləri tərəfindən böyük rəğbət görəcək. Qəzzalılar Ərdoğanı çox sevir. O bizi dəstəkləyir və hamı da onunla fəxr edir." - deyə Xalid Mirac adlı ətriyyat sahibkarı bildirib.

Onu da qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın adını daşıyan ətirlər Yəməndə də var və oradakı dəbdəbəli ətir mağazalarında ən çox satılan ətirlər siyahısındadır.

AzNews.az