700 min əcnəbinin Rusiyaya girişinə qadağa qoylub

Rusiya Federal Miqrasiya Xidməti 700 min nəfərə yaxın əcnəbi vətəndaşın Rusiyaya girişinə qadağa qoyub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Federal Miqrasiya Xidmətindən (FMX) bildirilib.

Girişi yasaqlanmış əcnəbilərin miqrasiya qanunvericiliyinin tələblərini pozaraq Rusiya ərazisində qanunun tələb etdiyi müddətdən çox qalmaları bildirilib.

Bu günki günə olan məlumatda FMX xətti ilə Rusiyaya girişinə qadağa qoyulmuş 685 min xarici vətəndaş var.


AzNews.az