01:28
(077) 610-22-33

“Bakı-Tibilisi-Qars”a alternativ xətt açılır

  • >
3 566 29 Avqust 2012 16:02 | Region

Bu ilin sonunda Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti istifadəyə veriləcək



Bu ilin sonuna qədər İranla Türkmənistanı dəmir yolu xətti birləşdirəcək. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı İranın milli dəmir yol idarəsinin nümayəndəsi Abbas Nəzəri bildirib. Onun sözlərinə görə, ümumi uzunluğu 904 kilometr olan xəttin 700 kilometri Türkmənistan, 94 kilometri isə Qazaxıstan ərazisinə düşür.

Xatırladaq ki, bundan əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədov bildirmişdi ki, Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətinin tikintisi böyük sürətlə gedir və bu xətt Asiya ilə Avropanı birləşdirən qitələrarası körpü olacaq.

Qeyd edək ki, bu xətt üzrə yük daşımalarının həcminin ildə 10 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır.

Sadiq
AzNews.az
Bağla X