Ukrayna qaçqın problemi ilə üz-üzə - Münaqişə

Ukraynanın şərq vilayətlərindən ölkənin qərb bölgələrinə doğru köç başlayıb.

AzNews.az-ın məlumatına görə, qaçqınların sayı daim artır. Artıq məcburi köçkünlərin sayı 2 min 500 nəfərə çatıb. Qərbə doğru köçənlər əsasən Krım, Xarkov, Xerson, Odessa və Zaporojeç vilayətlərindən olan ukraynalılardır.

Ölkənin qərb bölgələrinə üstünlük verənlər köçmələrini şərq vilayətlərindəki gərginliklə əsaslandırıblar.

Təhlükədən ehtiyyatlanan ukraynalılar daha Lıvov vilayətinə üz tuturlar.

Ukrayna rəsmi qurumlarından bildirilib ki, bu günlərdə Krımdan olan 543 ailə Lıvovda müvəqqəti məskunlaşmaq üçün aidiyyatı qurumlara müraciət edib. Artıq lıvovlu 560 ailə bu şəxsləri qəbul etməklə bağlı razılıq verib.

Qeyd edək ki, Ukraynanın Krım Muxtar Respublikası Rusiya tərəfindən ələ keçirildikdən sonra bölgədə gərginlik artıb. Hazırda Ukraynanın şərq vilayətlərində də Rusiyameyilli güclənməkdədir.

Əhməd
AzNews.az