Uşağın meyiti hovuzdan tapıldı - VİDEO, FOTO

Dünən İstanbulun Zəkəriyəköy məhəlləsində yerləşən evindən çıxaraq bir daha geri qayıtmayan 3,5 yaşlı Pamir Dikdikdən acınacaqlı xəbər gəldi.

İki gundür bütün İstanbul onun üçün səfərbər olaraq axtarışlarını aparırdı. Balaca Pamirin axtarışları səhər saatlarına qədər davam edib. Axtarış və Xilasetmə Dərnəyinin baş katibi Saydun Gökşin axtarışların bu gün günorta saatlarında başa çatacağını açıqlayıb.

Pamirin Zəkəriyəköydə yerləşən evlərində təhlükəsizlik kamerası olduğunu bildirən Gökşin, heç birində Pamirin görüntüsünün qeydə alınmadığını vurğulayıb.

ANS PRESS-in verdiyi məlumata görə, evlərinin yaninda yerləşən villanın hovuzunu nəzarət edən dalğıclar kiçik uşağın cəsədiylə qarşılaşıb. Pis xəbər Pamirin ailəsi ilə yanaşi 2 gündür üşağın axtarışına qatılanları da məyus edib. Kiçik uşağın cəsədi hovuzdan çıxarılarkən Pamirin atası Sərdar Dikdik fəryad qoparıb. Ayaqda dayanmaqda çətinlik çəkən ata "Mən eşqimə nə deyim indi" deyərək gözyaşı töküb.





AzNews.az