Qərbdən Rusiyaya yeni zərbə

Üç həftəlik sakitlikdən sonra bu gün günorta saatlarında Rusiya səhm bazarında kütləvi satışla yadda qalıb.

ANS PRESS-in məlumatına görə, analitiklər bunu Ukraynadan, xüsusilə də bu ölkənin cənub-şərqi regionlarından gələn xəbərlərlə bağlayırlar. Bazar günü bu regionlarda indiki Ukrayna hakimiyyətinə qarşı kütləvi mitinqlər keçirilib, bir sıra inzibati binalar tutulub. Həmçinin Donetsk vilayətinin xalq soveti mayın 11-də Donetsk xalq respublikasının yaradılması ilə bağlı referendum təyin edib.

Saat 15.30-da MMVB indeksi 3,3 faiz, RTS indeksi isə 4,5 faiz düşüb. Ən çox FSK səhmləri (8,7 faiz) düşüb. Saat 16:40-da isə MMVB indeksi 3,1%, RTS indeksi isə 4,3% azalıb.

Səhmlərin azalması isə aşağıdakı kimi olub: "FSK EES" - 9,5%, "Rostelekom" - 5,7%, "İnter RAO EES"- 5,5%, "Rossiyskiye seti" - 5,2%, "Sberbank Rossii" - 4,5%, "Qazprom neft"- 3,7%, VTB - 3,7%, "Qazprom" - 3,7%, "LUKOYL" - 3,1%, "Maqnit" - 3,1%, "Severstal" - 2,2%, "Surqutnefteqaz" - 2,1%, "Tatneft" - 1,5%, "Nornikel" - 1,1%, "Rosneft" - 0,9%.

Dünya bazarında Rusiyanın əsas gəlir qaynaqlarından olan neftin qiyməti də ucuzlaşmağa başlayıb. Günorta saatlarında London birjasında "Brent" nefti 0,76% ucuzlaşaraq 105,82 dollar/barrelə düşüb.

AzNews.az