Putin Abbas Abbasovun müraciətinə cavab verdi

Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey İvanov "Azerros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun müraciətinə cavab verib.

"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, deputat Jirinovskinin azərbaycanlıları təhqir etməsinə cavab olaraq onun məsuliyyətə cəlb olunmasını tələb edən Abbasovun müraciətinə baxıldığı və daha obyektiv və hərtərəfli qiymətləndirilməsi üçün Dövlət Dumasına göndərildiyi qeyd olunub.