Pan Gi Mun İranı tənqid etdi

BMT - nin baş katibi Pan Gi Mun İranda insan hüquqlarınıın vəziyyətini kəskin tənqid edib. İranın ali dini rəhbərı Ayətullah Əli Xameneyi və prezident Mahmud Əhmədinejadla görüşündə o, İranda insan haqlarının pozulması ilə bağlı öz narahatçılığını diqqətə çatdırıb.

Baş katibin sözçüsü Martin Nasirkin mətbuata açıqlamasında bildirib ki, Pan Gi Mun İran rəhbərlərinin İsrailin əleyhinə işlətdikləri ifadələri də tənqid edib. Qeyd edək ki, İranın ali dini rəhbəri bir müddət əvvəl İsraili "regionun xərçəng xəstəliyi" adlandırmışdı. Görüşdə BMT-nin baş katibinin İran rəhbərləri ilə görüşündə onu siyasi məsələlər üzrə müavini Cefri Feltmən müşayət edib. Feltmən əvvəllər ABŞ - ın Dövlət Katibliyində müavin vəzifəsində çalışıb.

Alpər
AzNews.az