16:53
(077) 610-22-33

İran “Annan”a alternativ qrup yaradır

  • >
373 30 Avqust 2012 10:53 | Region

Qrupa İran, Misir və Venesuela daxildir


Qoşulmama Hərəkatına üzv ölkələr Suriya probleminin sülh yolu ilə həlli üçün qrup yaradır. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, qrupun yaradılması ilə bağlı təşəbbüs İrandan gəlib.

Məlumatı İslam respublikasının Xarici İşlər naziri Əli Əkbər Salehi də təsdiqləyib və bildirib ki, "digər beynəlxalq təşkilatlar Suriya məsələsi ilə məşğul olduqları halda, Qoşulmama Hərəkatı bu prosesdən kənarda qala bilməz".

O, həmçinin qrupa daxil olan dövlətlər barədə də məlumat verib və bildirib ki, "üçlüyə" İran, Misir və Venesuela təmsilçiləri daxildir. Gələcəkdə isə, Livan və İraq da bu qrupa daxil ola bilər. Qrupun missiyasına gəldikdə isə, əsas vəzifə müxaliflərlə rəsmi Dəməşq arasında etimad mühiti yaratmaq və tərəfləri danışıqlar masası arxasına əyləşdirməkdir.

Sadiq
AzNews.az
Bağla X