İran prezidentinin müavini qəzaya düşdü

İran Pezidentinin müavini və bu ölkənin Ekologiya Təşkilatının sədri xanım Məsumə İbtikar bu gün səhər yol qəzasına düşüb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, M.İbtikar çiynindən yaralanıb və xəstəxanaya yerləşdirilib. O, bu gün günortadan sonra əməliyyat olunacaq.

Hadisənin baş vermə səbəbləri və M.İbtikarın vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.

AzNews.az