19:49
(077) 610-22-33

Rusiyadan Ukraynadakı tərəfdarlarına gizli tapşırıq– Qarşıdurma

  • >
977 9 Aprel 2014 10:38 | Region

Rusiya Ukrayna sərhədinə hərbi qüvvələrinin sayını yenidən artırır.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Rusiya qoşunları 200 km sərhəd zolağı boyunca dislokasiyanı sona çatdırıblar. Lakin hələ ki, Rusiya hərbi birləşmələrinin Ukrayna ərazisinə ölkənin şərq hissəsindən girməsi faktı qeydə alınmayıb.

Separatçılara isə Rusiya qoşunlarının girməsinə şərait yaradılması məqsədilə sərhəddə əməliyyata başlanması barədə gizli tapşırıq verilib. Tapşırığa əsasən, rusiyameyilli separatçılar sərhədçiləri zərərsizləşdirməli, bununla da rus qoşunlarının girişinə maneə aradan qaldırılmalıdır.

Əhməd
AzNews.az
Bağla X