13:21
(077) 610-22-33

Ankarada təkrar seçki olmayacaq

  • >
523 9 Aprel 2014 18:31 | Region

Yüksək Seçim Qurumu Mansur Yavaşın tələbini rədd etdi.

Aprelin 9-da Türkiyənin Yüksək Seçim Qurumu Ankarada 30 mart bələdiyyə seçkilərinin nəticələri ilə bağlı ana müxalifət CHP-nin namizədi Mansur Yavaşın iddiasını rədd edib. Mansur Yavaş AKP namizədi Melih Gökçekə təxminən 1 faizlik səslə məğlub olmasını iqtidarın seçki saxtakarlıqlarına bağlayaraq Yüksək Seçim Qurumundan səslərin təkrar sayılmasını tələb edirdi.

YSQ-dan verilən xəbərə görə, aprelin 9-da Mansur Yavaşın iddiasına baxılıb, onun təqdim etdiyi seçki protokolları incələnib və iddianın təmin edilməməsi qərara alınıb. YSK-nın bütün üzvləri qərarın lehinə səs verib.

Mansur Yavaş aprelin 7-də şikayətini Yüksək Seçim Qurumuna təqdim edərkən bildirmişdi ki, hüquqlarının müdafiəsi üçün An Yasa Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciətdən çəkinməyəcək.(Musavat.com)
Bağla X