23:46
(077) 610-22-33

İran mediası: “Türkiyə Əsədə qarşı plan hazırlayır“

  • >
583 9 Aprel 2014 18:47 | Region

Suriya böhranında Bəşər Əsəd rejiminə dayaq olan İran mediası rəsmi Dəməşqin Kəsəb məsələsində Türkiyəyə qarşı ittihamları dəstəklədiyini bəyan edib.

"Axar.az" xəbər verir ki, İrana məxsus Press televiziyası Lazkiyənin dağlarında əcnəbi vətəndaşların ölkəyə sızaraq rejimə qarşı vuruşduğunu bildirib. Qeyd olunur ki, Suriya ərazisinə daxil olan Türkiyəyə məxsus çoxlu sayda militanlar öldürülüb. Press TV Türkiyənin bu ölkəyə müdaxiləsini pisləyərək, Suriya ordusunun Kəsəb qəsəbəsində böyük bir hərbi əməliyyat hazırladığı iddialarına da yer verib: "Suriyalı rəsmilər Türkiyə ərazisində Kəsəbin hücumlardan müdafiəsi üçün Ankara tərəfindən plan hazırlandığını bildirir". PressTV həmçinin bildirir ki, qərb Suriyaya müdaxilə üçün Qatar, Səudiyyə Ərəbistanı və Türkiyəyə dəstək verir.

AzNews.az
Bağla X