Xamneyi: “İran nüvə proqramından imtina etməyəcək“

İranın dini lideri Əli Xamneyi ölkəsinin beynəlxalq danışıqlarda iştirakını dəstəkləyib.

Xamneyi həm də bildirib ki, bununla belə, İran heç zaman öz nüvə proqramından imtina etməyəcək.

Onun sözlərinə görə, İran beynəlxalq birliklə "düşmənçilik atmosferini dağıtmaq" üçün danışıqlara razılaşıb. Eyni zamanda, o, Vyanadakı danışıqların iştirakçılarını təzyiqə boyun əyməməyə çağırıb.

Bu gün səhər İran xarici işlər naziri Cavad Zərif bildirib ki, danışıqların nəticələrinə görə İranın nüvə proqramı üzrə hərtərəfli sazişin bağlanması mümkündür. İran nüvə proqramının sülh xarakterli olması barədə təkid edir və Qərbin sanksiyalarının ləğv edilməsinə çalışır.(ANS)