Rusiyanın AŞPA-da səsvermə hüququ əlindən alındı – Qərar


Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2015-ci ilin yanvarı sessiyasına qədər Rusiya nümayəndə heyətinin qurumda səsvermə hüququnun dondurulmasına qərar verib.

AzNews.az-ın məlumatına görə, "Əsaslı səbəblərə görə Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması" adlı hesabatın müzakirələrinin nəticəsi olaraq adıçəkilən qərar qəbul olunub. Sessiyada üzvlərin 188-dən 145-i qərarın qəbul olunmasının leyihinə səs verib. 22 nəfər isə bitərəf qalıb.

AzNews.az