Xüsusi təyinatlılardan sonra əraziyə mina axtaranlar göndərilib Xüsusi təyinatlılardan sonra əraziyə mina axtaranlar göndərilib

Rusiya-Gürcüstan sərhəddində müharibə şoku yaşanır

Xüsusi təyinatlılardan sonra əraziyə mina axtaranlar göndərilib

Gürcüstan-Rusiya sərhədi yaxınlığında gərginlik davam edir. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılardan sonra əraziyə mina axtaranlar göndərilib. Rusiya mətbuatına sızan məlumatlara görə, mina axtaranlar silahlı mücahidlərin keçmə ehtimalı olan Rusiya ilə sərhəd əraziləri minalamaqla məşğuldurlar. Ancaq rəsmi mənbələr mina axtaranların əraziyə hansı məqsədlə göndərildiyinə aydınlıq gətirilmir.

Xatırladaq ki, Gürcüstan-Rusiya sərhədi yaxınlığında gərgin vəziyyət dünəndən etibarən hökm sürməkdədir. Gürcüstan Daxili İşlər nazirliyindən verilən məlumata görə, dünən gecə saatlarında silahlı mücahidlərlə baş vermiş atışma zamanı 11 nəfər öldürülüb, digərləri isə mühasirədə saxlanılır. Silahlı qarşıdurmada Gürcüstan tərəfi də itki verib. Əməliyyat zamanı Gürcüstan Daxili İşlər nazirliyinin 2 əməkdaşı həyatını itirib, daha 5 nəfər isə yaralanıb.

Gürcüstan Təhlükəsizlik Şurasının katibi Qiqa Bokeriya isə bildirib ki, hazırlanan əməliyyatla bağlı Rusiya tərəfini məlumatlandırıblar. Onun sözlərinə görə, Rusiya tərəfi İsveçrədəki gürcü səfirliyi vasitəsilə məlumatlandırılıb.

Qeyd edək ki, Rusiya sərhəd xidmətindən də Gürcüstan tərəfinin sərhədyanı ərazidə əməliyyat keçirməsi ilə bağlı açıqlama verilib. Bildirilib ki, həqiqətən də Dağıstan güc strukturlarından sığınan cinayət qruplaşma həqiqətən də Gürcüstan tərəfə keçib və onlar "Qafqaz Əmirliyi Mucahidləri" qruplaşmasına mənsubdurlar.

Sadiq
AzNews.az