02:14
(077) 610-22-33

Ölkəsinə qaytarılan erməni əsir danışdı

  • >
1 072 10 Aprel 2014 19:39 | Region

Bu gün ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviç yerli jurnalistlərlə görüşündə Azərbaycanda saxlanma şəraitindən danışıb.

APA-nın verdiyi xəbərə görə, A. Xocayan əsirlikdə saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətinin olmadığını bildirib. Əsir Bakıda istintaq təcridxanasında saxlanıldığını bildirərək dindirilmə zamanı onun hərbçi olub-olmadığı və Azərbaycan tərəfinə keçməsinin səbəbi araşdırıldığını deyib.

"A. Xocayanın sözlərinə görə, ona daim yemək verilib, lakin o, qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib. Yatmaq üçün şərait də normal olub", deyə nəşr yazır.

A. Xocayan, həmçinin, onun vətənə qaytarılmasında töhfəsi olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki Arsen Xocayan bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.

AzNews.az
Bağla X