Yeni Konstitusiya qəbul edildi: Tatarlar bundan narazıdır


Tanınmamış Krım Respublikasının Dövlət Şurası ölkənin yeni Konstitusiyasını təsdiqləyib. AzNews.az-ın məlumatına görə, Konstitusiya layihəsinin leyhinə 88 deputat səs verib. Yeni Konstitusiyaya əsasən Krım Rusiya Federasiyasının tərkibində "demokratik tam hüquqlu dövlətdir" və Rusiyanın ayrılmaz hissəsidir. Dövlət Şurasının sədri Vladimir Konstontinov yeni Konstitusiyanın Krım üçün yeni üfüqlər açacağını deyib.

Krım Tatar-Xalq Məclisi isə yeni Konstitusiyanın qəbulunu tənqid edib. Məclisin sədri Refat Çubarov deyib ki, bu Konstitusiyada Krım tatarlarının hüquqları nəzərə alınmayıb.

Qeyd edək ki, Krım Muxtar Respublikası hüquqi baxımından Ukraynanın inzibati ərazisidir.

Əhməd
AzNews.az