Gürcüstan yenə parçalanacaq – Şərh

"Gürcüstanda yeni seperat bölgə yaradılacaq".

Bu iddia ilə Polşa mətbuatı çıxış edib. Mətbuat Samsxe Cavaxetiya bölgəsində Rusiyanın təsirinin hələ də çox güclü olmasının buna təsir edəcəyini bildirib: "Axalkalakidən rus hərbi bazalarının çıxarılması burada Rusiya təsirinin zəifləməsi demək deyil. Bu ərazidə 250 min erməni yaşayır. İnsanlar Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinə cəlb edilməklə, bu ərazidə işsizliyin aradan qaldırılmasına çalışılır. Amma hələ də işsizliyin səviyyəsi yüksəkdir. Əhalinin 55%-ni təşkil edən ermənilər onsuz da hakimiyyətdən narazıdır. Buna görə də işsizlik bölgədə partlayış yarada bilər. Özəlliklədə Ermənistanın təbliğatı bu işi gücləndirə və hətta Gürcüstanda etnik partlayışa səbəb ola bilər". Qeyd edək ki, bir müddət öncə gürcü mətbuatı Cavaxetiyada ermənilərə rus pasportları paylanıldığı haqqında informasiya yayılmışdı. Gürcüstan hakimiyyəti bu informasiyanın yalan olduğunu desə də, iddialara aydın cavab verə bilməmişdi. (Axar.az)