“Ermənistan bölgənin iqtisadi vahidi kimi mövcud deyil“

"Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur".

AzNews.az xəbər verir ki, Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib.

Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil.

"Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Eyni sözlər İrana aiddir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil", - deyə Manukyan qeyd edib.


AzNews.az