13:13
(077) 610-22-33

Ukraynada antiterror əməliyyatı: Hər iki tərəfdən ölənlər var

  • >
5 162 14 Aprel 2014 10:50 | Region


Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) iki zabiti ölkənin Donetsk vilayətində odlu silahdan açılan atəşlə qətlə yetirilib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə vilayətin Slavyansk şəhərində baş verib.

UTX-nin əməkdaşları şəhərin girişində qurulmuş blok-postda güllələnib, mülki şəxslərin olduğu avtomobil isə küçənin ortasında gülləbaran edilib.
Hadisə nəticəsində ümumilikdə 4 nəfəri öldürülüb.

Məlumatda o da qeyd olunub ki, Slavyansk milis şöbəsini azad edilməsi istiqamətində başlanan antiterror əməliyyatı zamanı separatçılardan 3 nəfəri öldürülüb. Ələ keçirilən meyitlərin üzərindən çıxan sənəddən bəlli olub ki, öldürülən silahlılardan 2-i Rusiya vətəndaşıdır. Əməliyyatda yaralılananlar haqqında isə məlumat verilmir.

Şəhərdə durum gərgin olaraq qalmaqdadır, sakinlər evlərindən çıxmağa qorxurlar. Separatçılar isə xüsusi təyinatlıların əməliyyatına hazırlaşırlar.
Qeyd edək ki, ötən şənbə rusiyameyilli silahlı şəxslər Slavyanskda milis şöbəsini ələ keçiriblər.

AzNews.az
Bağla X