Rusiya Ordusu döyüş hazırlığına gətirildi- VİDEO

Rusiya Ordusu Ukrayna ilə həmsərhəd ərazidə topladığı hərbi birləşmələri yüksək döyüş hazırlığına gətirib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, son günlər Rusiyadan Moldaviyanın Dnestryanı bölgəsinə idmançı görkəmli şəxslərin səfəri də intensivləşib.

Ukrayna xüsusi xidmət orqanlarından əldə olunan xəbərə görə, bu şəxslər Dnestryanı ərazidə vəziyyətin gərginləşdirilməsinə xidmət edən əməliyyatlara cəlb olunacaqları istisna olunmur.

Xatırladaq ki, son bir ayda Rusiya Ukrayna ilə sərhəd əraziyə ilkin məlumatlara əsasən 40 minə yaxın hərbi qulluqçu, o cümlədən tanklar, zirehli maşınlar, artileriya qurğuları və təyyarə toplayıb.


AzNews.az