20:08
(077) 610-22-33

Rusiya Krıma qubernator təyin etdi

  • >
843 14 Aprel 2014 19:44 | Region

Rusiya prezidenti Vladimir Putin Krımın baş naziri Sergey Aksyonova Krım qubernatoru vəzifəsini icra etməyi təklif edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Novo-Oqaryevo iqamətgahında Aksyonovla görüşündən sonra bildirib.

"Rusiya Federasiyasının mövcud qanunvericiliyinə görə, qubernator vəzifəsini icra edən şəxsi təyin etmək lazımdır və bu gün belə bir fərman veriləcək. Sizdən bu təklifi qəbul etməyi xahiş edirəm", - deyə Putin Aksyonovla görüşdə bildirib.

Aksyonov razılaşıb və prezidentə təşəkkür edib ki, ümidləri doğruldacaq. Putin həm də bildirib ki, sentyabrın 14-də Krımda seçki keçiriləcək, parlament üzvləri və daha sonra qubernator seçiləcək.

Aksyonov Krımın sentyabrın 14-də keçiriləcək seçkilərə hazır olduğunu bildirib.

AzNews.az
Bağla X