Daha bir silahlı qruplaşma mühasirəyə alındı Daha bir silahlı qruplaşma mühasirəyə alındı

Şimali Qafazda gərgin vəziyyət

Daha bir silahlı qruplaşma mühasirəyə alındı



Dağıstanın Leninkent qəsəbəsində terrorçu qruplaşma mühasirəyə alınıb. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, əməliyyatla bağlı mülki əhali ərazidən evakuasiya olunub.

Dağıstan güc strukturlarından verilən məlumata görə, terrorçular təslim olmaqdan imtina ediblər və onlarla xüsusi təyinatlılar arasında atışma baş verib. Qarşıdurmaların indiki saatlarda da davam etdiyi bildirilsə də, ölən və yaralananlar barədə məlumat verilmir.

Sadiq
AzNews.az