Sabiq deputatın xanımı və qızını öldürdülər

Türkiyədə Ana Vətən Partiyasının sabiq millət vəkili Adnan Yıldıza silahlı hücum olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verib.

Məlumata əsasən, hücum nəticəsində sabiq millət vəkilinin həyat yoldaşı və qızı aldıqları güllə yarasından vəfat ediblər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az