13:30
(077) 610-22-33

Rusiya təyyarəsi qəzaya uğradı

  • >
1 292 15 Aprel 2014 20:33 | Region


Rusiyanın Həştərxan vilayətində hərbi - təlim təyyarəsi qəzaya uğrayıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün, yerli vaxtla saat 18.30 radələrində Həştərxan vilayətinin Axtubinsk rayonunda Rusiya Hərbi - Hava Qüvvələırinə məxsus Yak - 130 tipli hərbi - təlim təyyarəsi təlim uçuşu keçirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində ekipajın bir üzvü həlak olub, digəri ağır yaralanıb.
Təyyarə aerodromdan 25 kilometr aralı qəzaya uğrayıb.
Təlim mərkəzindən verilən məlumata görə qəzaya havaya qalxandan az sonra yaranan texniki nasazlıq səbəb olub. Amma ekipajın səhv etməsi də istisna edilmir.

Əli
AzNews.az

Bağla X