13:00
(077) 610-22-33

Zəlzələ üçün toplanan yardımları kimlər mənimsəyib?

  • >
566 31 Avqust 2012 09:58 | Region

Təşkilatçı: “Hesab Sayman Aruzun adına olduğu üçün yardımlara nəzarət edə bilmədim”



Məlum olduğu kimi, İranın azərbaycanlılar yaşayan hissəsində baş verən zəlzələdən ziyan çəkənlərə yardım üçün Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi də kampaniyaya başlamışdı. AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz mətbata verdiyi açıqlamada bu layihənin təşəbbüskarı kimi çıxış edərək, nəticədən narazı qaldığını bildirib. Bu isə birmənalı qarşılanmayıb. Gənc təşkilatçı İlkin Həsənov AzNews.az-a açıqlamasında Sayman Aruz barədə bunları söylədi: "Siz, bu kampaniyanı tək başlamamısınız. Adama təsir edən də elə budur. Bunu mən edib sonra sənə ötürmüşəm".

İ.Həsənov vurğuladı ki, əsas məsələ yayılan məlumatda onun adının hallandırılmaması deyil: "Söhbət ondan getmir ki, o, mənim adımı niyə çəkmir? Açığı mən bunun xəstəsi də deyiləm. Sadəcə olaraq, məni narahat edən başqa məsələdir. O, görkəmli, tanınmış vəzifə adamlarının adını açıqlayır. Sayman həmin adlardan istifadə edərək aksiyanı bir az da böyüdür. Əslində bunun yeri yox idi. Çünki sadə vətəndaşların da bu kampaniyaya dəstəyi olub. Onların diqqətini və əziyyətini tapdalayıb bir başa vəzifəli şəxslərə keçmək nə dərcədə düzgündür? Mənim burada marağım yoxdur. Güddüyüm sadəcə, icimin rahatlığıdır. Çünki mən də Güney Azərbaycandanam. Baxmayaraq ki, Azərbaycanda yaşayıram. Ora da bizimdi, burada".

İ.Həsənov aksiyaya yardım edənlərin sayının çox olduğunu dedi. Onun fikirincə yardım aksiyasının hesab nömrəsinə pul köçürənlərin sayı-hesabı yoxdur: "Amma hesab Saymanın adında olduğundan mən ona nəzarət edə bilmirəm. Əslində, mən yardım üçün geyim nəzərdə tutmuşdum. Sayman isə mənə dedi ki, geyimə icazə vermirlər. Guya geyim aparanda İran tərəf buna mane olur. Bunun nə qədər döğru olduğunu deyə bilmərəm. Təki yardım olsun deyə onunla razılaşdım. Allah baxır göydən. Onun bu aksiyada vəzifəli şəxslərin adını hallandırmaqda marağı var".

Bahar Rüstəmli
AzNews.az
Bağla X