“Ruslan və Lyudmila“ operası qadağan edildi

A.S. Puşkinin "Ruslan və Lyudmila" əsərinin operası Rusiyada qadağan edilib. Buna səbəb "Kiyev" və "Dnepr" sözləridir. Anspress-in məlumatına görə, bu barədə Mikayıl Tarıverdiyev adına xeyriyyə fondunun prezidenti Vera Tarıverdiyeva bu barədə şəxsi Facebook səhifəsinda yazıb.

Onun sözlərinə görə, onların fonduna Moskvanın mədəniyyət və tarixi ənənələri gününə həsr olunmuş konsert proqramında musiqi nömrəsi təqdim etməyi təklif ediblər. Bir neçə musiqi nömrələri ilə birlikdə, müğənni Termin Zaryanın "Ruslan və Lyudmila" operasından Lyudmilanın ariyasının təqdimatı planlaşdırılıb.

Proqram Moskva şəhəri Mədəniyyət departamenti tərəfindən iki həftə əvvəl təsdiqlənib. Lakin proqramdan Lyudmilanın ariyası çıxarılıb. Səbəb kimi isə, musiqi nömrəsinin mətnində "Kiyev" və "Dnepr" sözlərinin olması göstərilib.

Sözügedən musiqi nömrəsinin mətnində bu ifadələr var: "Mənim doğma, geniş Dneprimə olan məhəbbətimdən, bizim uzaq Kiyevimizdən oxuyuram!".

AzNews.az